Ağıllı çəngəl ixtira edildi – Sağlamlıq üçün

0
345

London Universitetində çalışan bir qrup alim ərzaqların dadını dəyişə bilən “ağıllı” çəngəl – cihaz hazırlayıb.

 

“Dadlı dost” (“Taste Buddy”) adlanan bu cihazın yaradılmasında əsas məqsəd qidaların insan üçün daha sağlam olmasını təmin etməkdir. İnsan orqanizmi üçün tamamilə təhlükəsiz olan bu cihaz qidalara zəif elektrik cərəyanı ötürərək çalışır. Ağızda olan qəbuledicilər də ona qarşı həssasdır. Çəngəl qidanın daha şirin, yaxud duzlu dad verməsini təmin edə bilir.

 

Mütəxəssislər ilıq qidalarda şirin dadın soyuq qidalara nisbətən daha çox hiss olunduğunu müəyyənləşdiriblər. Buna görə də çəngəl 40 dərəcəyə qədər qıza bilir.

Axar.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − three =