Ağdaşda maşın polisin üstündən keçdi – Vəziyyəti ağırdır

0
475

Ağdaş rayonunda yol polisi əməkdaşını minik avtomobili vurub.

“Arazinfo.com”un  APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 245 km-də, Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində, heyvan bazarının qarşısında qeydə alınıb.

Rayonun Ləki qəsəbə sakini Ələsgər Daşdıyev idarə etdiyi 19-BB-772 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən heyvan bazarının qarşısında avtomobillərin sıxlığı səbəbindən yolu tənzimləyən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı, 1986-cı il təvəllüdlü Qasımov Emin Şakir oğlunu vurub.

Avtomobil Emin Qasımovun ayağının üstündən keçib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Ağdaş Mərkəzi Rayon  Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × one =