Ağdamda abonentlərin qaz təchizatı ilə bağlı üzləşdiyi problemləri dinlənildi-FOTO

0
1117

Ağdamda abonentlərin qaz təchizatı ilə bağlı üzləşdiyi problemləri dinlənildi.

“Xahiş edirəm mənə məxsus fərdi yaşayış evimdə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacını öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edəsiniz.”

Qanunla.Az xəbər verir ki,bu müraciətlə Ağdam rayonu, Quzanlı qəsəbə sakini Nahid Hüseynov “Səyyar qəbul otağı”nda çıxış edib. Bənövşələr qəsəbəsinin sakini Şahin Əmirovun da müraciəti eyni xarakter daşıyıb. Ağdamda keçirilən “Açıq mikrofon” aksiyasında səslənən müraciətlərdən biri isə debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi olub. Hər bir müraciət Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.

image-img-20221006-wa0012 image-img-20221006-wa0013 image-img-20221006-wa0015 image-img-20221006-wa0014