Afrində ələ keçən17 yaşlı terrorçudan – Şok etiraflar

0
546

Afrində ələ keçən 17 yaşlı terrorçu Terror Təşkilatının bəzi sirlərini açıb.

Teleqraf.com xəbər verir ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində yaralı halda ələ keçən 17 yaşlı terrorçu təşkilatın xain planları haqda məlumat verib.

Türkiyənin baş prokuroru 15 fevralda Afrində yaxalanan Suriya əsilli terrorçu ilə bağlı istintaqı başa çatdırıb. Terrorçu dövlətin birlik və bütövlüyünü pozmaqda günahlandırılaraq, ömürlük azadlıqdan məhrum edilib.
O, məhkəməyə ifadəsi zamanı 2016-cı ildə Qamışlı bölgəsində 8-ci sinifdə oxuyarkən kürd əsilli sinif yoldaşının vasitəçiliyi ilə terrorçulara qoşulduğunu deyib:
“Həmin dönəmlərdə ailəmiz kasıb idi. Pul qazanmaq üçün terrorçulara qoşulduq. Serekani şəhərindəki YPG məntəqəsinə gedib onlara qatılmaq istədiyimizi dedik və bizi qəbul etdilər. Derik bölgəsində yerləşən YPG-yə aid təlim mərkəzində 2,5 ay siyasi və hərbi təlim keçdik. Mənimlə birlikdə 30 nəfər də eyni təlimlərdən keçdi. Mərkəzdə siyasi dərsləri Renas, silah dəsrlərini isə Agit adlı təşkilat üzvləri keçirdi. Bu təlimlərimiz bitdikdən sonra məni Türkiyənin sərhədinə göndərdilər. Burda 7-8 ay boyunca Suriyadan Türkiyəyə qaçmağa çalışan kürd və ərəb xalqının qarşısını kəsib geriyə qaytarmağa xidmət etdik. Ondan sonra məni Menbiçdə yerləşən Sertiştirin alayına apardılar. Burda hər biri 20 təşkilat üzvündən təşkil olunan 4 taborla, yəni 80 təşkilat üzvüylə sui-qəsd, sabotaj və bomba dərsləri aldıq”.

Yeniyetmə onlara dərs keçənlərin xarici ölkə vətəndaşları olmadığını desə də, ətrafda amerikalı və rus əsgərlər gördüyünü açıqlayıb:
“Biz Menbiçdə təlimlərə davam edərkən “Zeytun budağı” əməliyyatı başladı. Əməliyyat başlayan kimi təlimləri təxirə saldılar. Təlimlərdə iştirak edən 80 nəfəri Afrində yerləşən YPG militanlarına dəstək olmaq məqsədi ilə göndərdilər. Bizi təxminən fevralın 7-də Menbiç şəhərində olarkən toplayıb, silah təchizatımız və YPG uniforması ilə iki avtobusa mindirib Suriya rejiminin nəzarətində olan yollarla Afrinə gətirdilər”.

Deşifrə olmamaq üçün 5 gün ərzində sığınacaqlardan çıxmayan terrorçular plan qurarkən Türk əsgərləri tərəfindən yaxalanıb.
“Afrində təxminən 5 gün qaldıq. Sonra bir nəfər bizim yanımıza gəldi və 8 nəfər istədi. 8 nəfərlə sığınacaqdan çıxıb bir maşınla Cinderes bölgəsinə gəldik. Oradan da ayaqla Arşali əkin tarlasına geçdik. Tarlada da 2 günə yaxın qaldıq. Daha sonra kəşfiyyat məqsədi ilə Hacıisgəndər kəndinə getdik. Orada ASO və Türk əsgərlərinin olduğunu gördük. Gecə onların arasına sızmaq üçün plan qurarkən, Türk əsgərləri bizi gördü və üstümüzə tankla, topla atəş aça-aça hücum etdilər. Bu zaman yanımdakı 7 nəfər öldü, mən isə sağ qaldım. Məsqədimiz Afrinin mərkəzinə doğru irəliləyən ASO və Türk ordusunun qarşısını almaq idi”.

Peşman olduğunu vurğulayan terrorçu “YPG Terror Təşkilatı kürd gənclərdən Qərb dövlətlərinin istəkləri ilə istifadə edib müsəlmanı müsəlmana qırdırtmağa çalışır, mən bunu indi başa düşürəm”, – deyib.

BIR CAVAB BURAXIN