AÇ-2016: Cüneyt Çakırın idarə edəcəyi ilk matç bəlli oldu

0
612

AÇ-2016-da daha iki oyuna hakim təyinatları açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 14-də F qrupunda keçiriləcək iki qarşılaşmanın əsas söz sahibləri aşağıdakılar olacaq.

 

Günün ilk qarşılaşması olan Avstriya – Macarıstan görüşü Kleman Turpenin başçılıq edəcəyi fransalı hakimlər briqadasına tapşırılıb. Ona yan xəttdə Frederik Kano, Nikolas Danos kömək edəcəklər. Matçın əlavə köməkçi hakimləri isə Benoit Bastien və Fredi Fautrel olacaq.

 

Həmin qrupun ikinci oyunu olan Portuqaliya – İslandiya matçı isə türkiyəli Cüneyt Çakıra əmanət edilib. FİFA referisinə yan xəttdə Bahattin Duran və Tarık Ongün, qapı arxasında isə Hüseyn Göçek və Barış Şimşək kömək edəcəklər.

 

F qrupu

20:00. Avstriya – Macarıstan
Hakimlər: Kleman Turpen, Frederik Kano, Nikolas Danos (hamısı Fransa)
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Xesus Gil Manzano (İspaniya)
Bordo. “Bordo” stadionu.
23:00. Portuqaliya – İslandiya
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (hamısı Türkiyə)
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Karlos del Kerro (İspaniya)
Sent-Etyen. “Joffrua Qişar” stadionu.

BIR CAVAB BURAXIN