AÇ-2016: Almaniya və Polşadan qələbə, Türkiyə məğlub oldu – YENİLƏNİB

0
738

Avropa çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində daha üç qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, birinciliyin üçüncü günündə C qrupundan iki, D qrupundan isə bir oyun oynanılıb.

 

Günün ilk oyununda Türkiyə millisi Xorvatiya ilə qarşılaşıb. “Ay-ulduzlular” qitə çempionatına məğlubiyyətlə start verib. Fatih Terimin yetirmələri minimalhesablı yenilgiyə üzülüblər. Matçın 41-ci dəqiqəsində Luka Modriçin vuruğu qol 90 dəqiqə ərzində yeganə olub.

 

Sonrakı iki oyunda isə C qrupundan olan komandalar mübarizəyə qoşuublar. Əvvəlcə Polşa Şimali İrlandiyanı xalsız qoyub. DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq britaniyalılar da tək qola məyus olublar. Gənc futbolçu Milik komandasına qələbə qazandırıb.

 

Daha sonra isə Almaniya Ukraynaya qalib gəlib. Bundestim matçın 19-cu dəqiqəsində Mustafinin qolu ilə hesabda önə keçib. Ukraynanın bütün səylərinə rəğmən ilk hissədə başqa qol olmayıb. “Bundestim” bir də matça əlavə olunmuş dəqiqələrdə sevinib. Oyuna yenicə daxil olmuş Şvaynştayger topa ikinci toxunuşunu qolla nəticələndirib.

 

 

Avropa çempionatı

Qrup mərhələsi

12 iyun

 

C qrupu

 

Almaniya – Ukrayna – 2:0

Qollar: Mustafi, 19, Şvaynştayger, 90+2

 

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mallarki, Stefen Çild

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Robert Madden (Şotlandiya)

Ehtiyat yan xətt hakimi: Fransis Konnor (Şotlandiya)

Hakim-inspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Adonis Prokopiu (Kipr)

Lill. “Pyerr Mauro” stadionu

 

Almaniya: 1. Manuel Noyer, 2. Şkodran Mustafi, 3. Conas Hektor, 4. Benedikt Hövedes, 6. Sami Xedira, 8. Məsut Özil, 11. Yulian Draksler (9. Andre Şürrle,78), 13. Tomas Müller, 17. Jerom Boatenq, 18. Toni Kroos, 19. Mario Götze (7. Bastian Şvaynştayger, 90)

Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark Andre Ter-Ştegen, 5. Mats Hummels, 10. Lukas Podolski, 14. Emre Can, 15. Yulian Vaygl, 16. Conatan Tah, 20. Leroy Sane, 21. Coşua Kimmix, 23. Mario Qomez

 

Ukrayna: 12. Andrey Pyatov, 3. Yevgeni Xaçeridi, 6. Taras Stepanenko, 7. Andrey Yarmolenko, 8. Roman Zozulya ( 11. Yevgeni Seleznyov, 66), 9. Viktor Kovalenko ( 21. Oleksandr Zinçenko, 73), 10. Yevgeni Konoplyanka, 13. Vyaçeslav Şevçuk, 16. Serxi Sidarçuk, 17. Artyom Fedetski, 20. Yaroslav Rakitski

Ehtiyat oyunçular: 1. Denis Boyko, 23. Mikita Şevçenko, 2. Boqdan Butko, 4. Anatoli Timoşuk, 5. Aleksandr Kuçek, 14. Ruslan Rotan, 15. Pilip Budikivski, 18. Serxi Rıbalka, 19. Denis Qarmaş, 22. Aleksandr Karavayev

 

 

Polşa – Şimali İrlandiya – 1:0

Qol: Milik, 51

 

Baş hakim: Ovidiu Alin Hateqan

Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George

Əlavə köməkçi hakimlər: Alexandru Tudor, Sebastian Koltesku (hamısı Rumıniya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Vlado Sayn (Sloveniya)

UEFA nümayəndəsi: Byörn Vassallo (Malta)

Nitsa. Şəhər stadionu

 

Polşa: 1. Voyslav Şesni, 2. Mixal Pazdan, 3. Artur Yedrezçik, 5. Kristof Maçinski, 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qreqor Krixkovyak, 15. Kamil Qilik, 16. Yakub Blaşikovski, 20. Lukaş Pişçek, 21. Barotz Kapustka

Ehtiyat oyunçular: 12. Artur Boruç (q), 22. Lukaş Fabianski (q), 4. Tyaqo Çionek, 6. Tomaş Yodloviek, 8. Karol Linetti, 11. Kamil Qrosiçki, 13. Marius Stepinski, 14. Yakub Vavrinyak, 17. Slovamir Pejko, 18. Barton Salamon, 19. Pyotr Zelinski, 23. Flip Starjinski

 

Şimali İrlandiya: 1. Mixail Makqovern, 2. Konor Maklaflin, 3. Şeyn Ferqüsson, 4. Qaret Makauli, 5. Coni Evans, 6. Kris Beyrd, 8. Stiven Deyvis, 10. Kayl Lafferti, 16. Oliver Norvud, 17. Peddi Makneyr, 20. Kreyq Koçart

Ehtiyat oyunçular: 12. Roy Kerol (q), 23. Alan Mannus (q), 7. Neyl Makgin, 9. Vill Qrik, 11. Konor Vaşinqton, 13. Korri Evans, 14. Stüart Dallas, 15. Luk Makkoluq, 18. Aaron Hyuz, 19. Ceymi Vard, 21. Coş Makgeniş, 22. Lii Hodson

 

C qrupu

 

Komanda O Q H M T/F X
Almaniya 1 1 0 0 2:0 3
Polşa 1 1 0 0 1:0 3
Ş. İrlandiya 1 0 0 1 0:1 0
Ukrayna 1 0 0 1 0:2 0

 

 

D qrupu

 

Türkiyə – Xorvatiya – 0:1

Qol: Modriç, 41

 

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark

Əlavə köməkçi hakimlər: Stefan Johannesson, Markus Stromberqsson (hamısı İsveç)

Dördüncü hakim: Uillyam Kollum (Şotlandiya)

Ehtiyat yan xətt hakimi: Damyen Makqreyt (İrlandiya)

Hakim-inspektor: Devid Elleri (İngiltərə)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. “Stad de Frans”

 

Türkiyə: 1. Volkan Babacan (q), 3. Hakan Balta, 6. Hakan Çalhanoğlu, 7. Gökhan Gönül, 8. Selçuq İnan, 9. Cenk Tosun (21. Emre Mor, 69), 10. Arda Turan (k) (17. Burak Yılmaz, 65), 14. Oğuzhan Özyakup ( 20. Volkan Şen, 46), 15. Mehmet Topal, 16. Ozan Tufan, 18. Caner Erkin

Ehtiyat oyunçular: 12. Onur Kıvrak (q), 23. Harun Tekin (q), 2. Semih Kaya, 4. Ahmet Çalık, 5. Nuri Şahin, 11. Olcay Şahan, 13. İsmayıl Köybaşı, 19. Yunus Mallı, 22. Şener Özbayraklı

 

Xorvatiya: 23. Daniel Subaşiç (q), 3. İvan Ştirniç, 4. İvan Perisiç (9. Andre Kramariç, 88), 5. Vedran Çorluka, 7. İvan Rakitiç (13. Qordon Şildenfeld, 90), 10. Luka Modriç, 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mancukiç (20. Marko Pyaça, 90+3), 19. Milan Badelj, 21. Domoqoy Vida

Ehtiyat oyunçular: 1. İvan Vargiç (q), 12. Lovre Kaliniç (q), 2. Sime Versaliko, 6. Tin Yedvay, 8. Mateo Kovaçiç, 15. Marko Roq, 16. Nikola Kaliniç, 18. Ante Çoriç, 22. Duje Çop

 

D qrupu

 

Komanda O Q H M T/F X
Xorvatiya 1 1 0 0 1:0 3
İspaniya 0 0 0 0 0:0 0
Çexiya 0 0 0 0 0:0 0
Türkiyə 1 0 0 1 0:1 0

BIR CAVAB BURAXIN