Abxaziyada PDM dərəyə aşıb: 3 rusiyalı hərbşi ölüb

0
451
Abxaziyada Rusiya hərbçilərinin olduğu  Piyadanın Döyüş Maşını (PDM) dərəyə yuvarlanıb.
Arazinfo.com-un russian.rt.com-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 rusiyalı hərbşi həlak olub, iki nəfər isə yaralanıb. Bununla əlaqədar Cənub hərbi dairəsi mətbuat xidmətinin yaydığı məlumatda deyilir:  “Yanvar ayının 18-də Tsabal hərbi poliqonundan daimi dislokasiya yerinə qayıdan Piyadanın Döyüş Maşını-PDM-80 dərəyə yuvarlanıb Nəticədə 3 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb”.
Hadisənin təhqiqi ilə bağlı yaradılan komissiyanın ilkin rəyinə görə qəzaya səbəb PDM-80-dəki texniki nasazlıq olub.