Abşeronda Sərvis Süleymanov erası başa çatdı

0
573
“Tikinti jandarması” kimi tanınan başçı müavini işdən çıxarıldı

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Sərvis Süleymanov tutduğu vəzifədən azad edilib. Bu barədə cumhuriyyeti etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, S.Süleymanovun vəzifədən uzaqlaşdırılmasına səbəb onun və ətrafının Abşeron rayonundakı özbaşınalıqları, bu özbaşınalqıların vətəndaşlarda doğurduğu narazılıq olub:
“S.Süleymanov müavin postunda əyləşən zaman əsas vəzifəsi tikinti sektoruna nəzarət etmək olub. Lakin bu vəzifəyə öz şəxsi maraqları konteksindən yanaşan S.Süleymanov Abşeronda sözün həqiqi mənasında “tikinti jandarması” kimi ad çıxarmışdı. Yerlərdəki casus şəbəkəsi vasitəsi ilə ən xırda tikinti yeniliyindən belə anındaca xəbər tutan S.Süleymanov, başının dəstəsi isə anındaca həmin yerdə peydə olur, təmir xarakterli işə görə belə sadə vətəndalara min bir adla yasaq və qadağalar qoyurdu. Bu isə insanlarda haqlı olaraq narazılıq yaradır və onlarda qəzəb hissi formalaşdırırdı”.
Mənbənin sözlərinə görə, S.Süleymanovun tikinti sektoruna müdaxil o həddə çatmışdı ki, hətta vətəndaşlar hasar çəəkmək və ya həyətində toyuq hini tikmək üçün də sabiq müavinin bu və ya digər şəkildə razılığını almalı olurdu:
“Tutduğu vəzifənin səlahiyyətindən istifadə edərək Abşeron rayonunda “öz qaydalarını” tətbiq edən S.Süleymanov həyətyanı ərazilərdə aparılan xırda tikinti işlərinə də müdaxilə edir, hətta icazəsiz hasar və ya toyuq hini tikməyə cəhd edənlərin arzusunu gözündə qoyurdu. S.Süleymanov hesab edirdi ki, o, rayonun “tikinti kralı”dır və ondan icazəsiz iki kərpicin üst-üstə qoyulması ona qarşı həqarətdir. Məhz bu səbəbdən də sabiq başçı müavini kənd-kənd, qəsəbə-qəsəbə dolaşaraq sadə, kasıb təbəqinin qəniminə çevrilir, onların onsuz da çətin olan həyatını daha da çətinləşdirirdi. Bu səbəbdən də S.Süleymanovun tutduğiu vəzifədən uzaqlaşdırlması ilə bağlı informasiya rayon sakinlərinin böyük sevncinə səbəb olub”. Mənbə: cumhuriyyet.net

BIR CAVAB BURAXIN