ABŞ Yaxın Şərqdə əməliyyatlara 4,3 trilyon dollar xərcləyib

0
331

ABŞ 2001-ci ildən bəri İraq, Suriya, Əfqanıstan və Pakistanda hərbi əməliyyatlara, eləcə də milli təhükəsizliyin gücləndirilməsinə və veterenlara yardıma 4,3 trilyon dollar xərcləyib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Uotson Braun Universitetinin araşdırmasında deyilir. Araşdırmada qeyd edilir ki, növbəti maliyyə ilində bu məbləğ 5,6 trilyon dollarədək yüksələ bilər. Bununla da ABŞ-ın hərbi xərcləri hər bir amerikalı vergi ödəyicisinə təqribən 23,4 min dollara başa gəlib. Digər tərəfdən, araşdırma ABŞ-ın digər əməliyatlara çəkilən xərclərini, o cümlədən terrorçularla mübarizədə Filippinə, həmçinin Afrika və Avropa ölkələrinə yardımı nəzərə almır.

Qeyd edək ki, daha əvvəl ABŞ Müdafiə Nazirliyi ölkənin 2001-ci ildən bəri hərbi əməliyyatlara çəkdiyi ümumi xərclərin 1,52 trilyon dollar olduğuna dair sənəd dərc etmişdi. Uotson institutunun araşdırması təkcə ABŞ Müdafiə Nazirliyinin xərclərini deyil, həm də Dövlət Departamenti, Veteranlarla İş üzrə Nazirliyi və dövlət təhlükəsizlik orqanlarının hərbi ehtiyaclarla bağlı xərclərini nəzərə alır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − sixteen =