Argentinada keçirilən G-20-lərin liderlərinin sammitində Türkiyə və ABŞ prezidentləri Ərdoğan və Tramp bir araya gəliblər.
Arazinfo.com-un verdiyi məlumata görə, görüşdə Suriyanın Mənbic şəhərində yaranmış vəziyyət müzakirə edilib. Türkiyə prezidenti Mənbiç ətrafında yaranan vəziyyətdən narahat olduğunu və bölgədə PKK-PYG terrorçularının təhlükə mənbəyinə çevrildiyini və onlara qarşı mübarizənin vacibliyini bildirib. Ərdoğan eyni zamanda qeyd edib ki, ABŞ və Türkiyə münasibətləri strateji xarakter daşıyır.
Tramp isə öz növbəsində bölgədə sabitliyin bərpasının tərəflərin hamısının birgə səylərindən asılı olduğunu vurğulayıb.