ABŞ və Avropa İttifaqı Rusiyay qarşı yeni sanksiyaya hazırlaşırlar

0
322

ABŞ və Avropa İttifaqı ölkələri Kerç boğazında baş verən hadisəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi imkanlarını nəzərdən keçirirlər.

Arazinfo.com-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında ABŞ-ın xüsusı səlahiyyətli nümayəndəsi Kurt Volker deyib.

O bildirib ki, əgər Rusiya ötən il Kerç boğazındakı hadisəyə görə həbs edilən Ukrayna dənizçilərini azad etməsə, onda Kremlə qarşı əlavə olaraq daha sərt  sanksiyalar tətbiq edilməsi qaçılmaz olacaq: “ABŞ və Avropa İttifaqı ölkələri hazırda Rusiaya qarşı əlavə, daha sərt sanksiyaların tətbiq edilməsi məsələsini öyrənir”.