ABŞ Tayvanı Çinə qarşı silahlandırır: Pekin etiraz edir

0
652

ABŞ Tayvana F-16 qırıcı-bombardmançı təyyarələri üçün 330 milyon dollar həcmində ehtiyat hissələri göndərməyi planlaşdırır.

Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin yaydığı pres-relizdə deyilir. Öz növbəsində Tayvanı özünün bir hissəsi hesab edən onun müstəqilliyini qəbul etməyən Çin ABŞ-ı bu yolla bölgədə gərginliyi artırmaqda günahlandırıb. Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə nümayəndəsi An Fenşan deyib ki, ABŞ Tayvanı silahlandırmağa görə cavab verməli olacaq. An Fenşan Çinin bununla əlaqədar ABŞ-a münasibətdə ölkəsinin sərt addımlar atacağı barədə Ağ Evə xəbərdarlıq edib. Hərbi ekspertlər ABŞ-ın bu hərəkətlərini Tayvanda Çinə ikinci cəbhə açmaq cəhdi kimi dəyərləndirirlər.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN