ABŞ: Suriyaya dair danışıqlar yalnız Cenevrədə aparılmalıdır

0
337

ABŞ hesab edir ki,  Suriya böhranının nizamlanmasına dair siyasi  danışıqlar yalnız Cenevrə prosesi çərçivəsində aparılmalıdır. Arazinfo-nun APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentini adı açıqlanmayan yüksək vəzifəli şəxs biri deyib.

Onun sözlərinə  görə Astanada aparılan danışıqlar xüsusən atəşkəs və təhlükəsizlik zonalarının yaradılmasına  istiqamətlənib.  Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Astana prosesinin üzvü olmasa da, müşahidəçi qismində danışıqlarda iştirak edir və təhlükəsizlik zonalarının yaradılmasını tam dəstəkləyir.

Qeyd edək ki,  Cenevrə prosesinin sayca 8-ci raundu noyabrın 28-də start görürəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 1 =