ABŞ ŞOK-da – CİA-nın Suriya müxalifətinə göndərdiyi silahlar oğurlandı

0
611

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) və Səudiyyə Ərəbistanının Suriyada Bəsər Əsəd rejiminə və İŞİD-ə qarşı döyüşən müxalifət üçün göndərdiyi silahlar oğurlanaraq “qara bazar”da satışa çıxarılıb.

 

Publika.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, sözügedən silahlar hazırda İordaniya kəşfiyyatı tərəfindən “qara bazar”da satılır.

 

Qəzetin iddiasına görə, sözügedən silahlardan bəziləri İordaniyada 2 ABŞ vətəndaşının qətlində də istifadə olunub.

 

Xəbərdə qeyd olunur ki, İordaniya kəşfiyyatı sözügedən silahların satışından əldə olunan milyonlarla dollar vəsait hesabına bahalı lüks avtomobillər, telefonlar və digər elektron əşyalar alıb.

 

Qəzetin yazdığına görə, artıq fakt üzrə İordaniyada cinayət işi açılıb və həbs olunanlar var.

 

Xatırladaq ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ərəb ölkələri 2013-cü ildə Suriyada müxalifətin təlimlər keçməsi və silahlandırılması üçün “Timber Sycamore” adlı proqramın icrasına başlayıb.

BIR CAVAB BURAXIN