“ABŞ səfirinə öyrədərik” – Bəkir Bozdağ

0
458

ABŞ-ın Ankaradakı səfiri bunu öyrənə bilməyibsə, səbrlə ona öyrədərik. Nə də olsa, baş müəllimimizdir, dünyanın ən yaxşı müəllimidir.

Bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ ABŞ-ın tənqidlərini şərh edərkən deyib.

O, Türkiyənin müstəqil, güclü və böyük bir dövlət olduğunu xatırladıb:

“Türkiyənin qanunlarını heç bir ölkədən icazə almadan, xalqın iradəsi ilə seçilmiş Milli Məclis üzvləri təyin edir. Türkiyə qanun qəbul edərkən heç bir ölkənin təklifinə, müdaxiləsinə icazə verməz, verə bilməz. ABŞ-ın Ankaradakı səfiri bunu öyrənə bilməyibsə, səbrlə ona öyrədərik. Nə də olsa, baş müəllimimizdir, dünyanın ən yaxşı müəllimidir”.

Xatırladaq ki, ABŞ Türkiyədə bələdiyyə sədrlərinin seçkilər keçirilmədən təyinatını tənqid etmişdi.

Axar.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 + 5 =