ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

0
430

 ABŞ prezidenti Donald Tramp Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsi səbəbindən bu ölkəyə qarşı yeni sanksiyaları təsdiqləyib. APA-nın xəbərinə görə, bu barədə “Politico” Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrə görə, ABŞ Ticarət Nazirliyi yeni raket texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.

“Sanksiyaların tətbiq edilməsində məqsəd Rusiya hökumətinin iqtisadi planlarını dəyişdirməkdir”, deyə mənbə vurğulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − 4 =