ABŞ Polşada hərbi baza yerləşdirmək barədə qərar qəbul etməyib

0
410

ABŞ Polşada hərbi baza yerləşdirmək barədə qərar qəbul etməyib və bu məsələ ətrafında hələ müzakirələr keçirilir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Pentaqonun şefi, ABŞ müdafiə naziri Ceyms Mettis deyib: ” Hazırda biz Polşanın məsələ ilə bağlı bizə etdiyi təklifi öyrənirik. Hələlik Polşada ABŞ hərbi bazasının yerləşdirilməsi barədə qərar qəbul etməmişik. Bununla belə Polşa tərəfinin təklifini də müsbət qiymətləndiririk.”

Xatırladaq ki, sentybarın 18-də Vaşinqtonda keçirilən mətbuat konfransında Polşa prezidenti Ancey Duda ölkəsində ABŞ hərbi bazasının yaradılması təklifi ilə çıxış etmişdi. O,  bu məqsədlə 2 milyard dollar ayırmağa hazır olduğunu bildirmişdi.

Onu da deyək ki, hazırda Polşa ərazisində 3.5 min nəfər ABŞ-ın tank briqadası, 1 min nəfər də çoxmillətli NATO hərbi batalyonu var.

Əziz Mustafa

 

BIR CAVAB BURAXIN