ABŞ-PKK silah yolu ələ keçirildi

0
589

İraq ordusu ABŞ-ın 2014-cü ilin noyabrından bu yana PKK terror təşkilatına minlərlə TIR vasitəsilə hərbi yardım çatdırdığı Ərbil-Haseke arasındakı Yarubiyə sərhəd-keçid məntəqəsini ələ keçirib.

Teleqraf.com “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, keçid məntəqəsi Rabianın terrorçulardan təmizlənməsi istiqamətində başladığı əməliyyat nəticəsində azad edilib.

Məlumatlara görə, ABŞ Ərbil aeroportuna endirdiyi silahları TIR-lar vasitəsilə bu keçid məntəqəsindən PKK-ya çatdırırmış.

Qeyd edilib ki, hazırda əsas məqsəd Semelka keçid məntəqəsinin ələ keçirilməsidir. Bunun üçün İraq ordusu əməliyyata başlayıb.

BIR CAVAB BURAXIN