ABŞ PKK-nın təbliğatı üçün telekanal açdı

0
387

ABŞ PKK terror təşkilatının Türkiyə əleyhinə təbliğat aparmasını davam etdirməsi üçün Suriyada televiziya kanalı açıb.
Arazinfo.com Moderator.az –a istinadən xəbər verir ki, İraqın parçalanması zamanı iki televiziya kanalı yaradan ABŞ-ın Suriyada da işğala və PKK terror dövlətinə zəmin hazırladığı iddia edilir. ABŞ-ın dəstəyi ilə qurulan televiziyanın adı bu gün mənasını verən “Əl Yevm”-dir.
Noyabrın 15-dən yayımlanan bu televiziya kanalı ilk xəbərlərində Türkiyəni Suriyada işğalçılıq siyasəti aparmaqda ittiham edib. PKK-ya dəstək məqsədilə yaradılan televiziyada Türkiyənin “Fərat qalxanı” əməliyyatı ilə işğalçılıq siyasəti yürütdüyü bildirilib. 2014-cü ilin sentyabr ayından başlayaraq PKK-PYD-yə ciddi dəstək verən və bölgədə müstəmləkəçilik siyasəti yürüdən ABŞ haqlı göstərilir, bu bölgənin xilaskarı kimi təqdim olunur.
40 nəfər işçisi olan “Əl Yevm”-in qurulmasına 2.5 milyon dollar vəsait xərclənib. Xəbər proqramına üstünlük verən televiziya kanalı müasir avadanlıqları və studiya dizaynı ilə diqqəti cəlb edir. Raqqa və Deyr əz-Zorun bir hissəsini PKK ilə ortaq işğal edən ABŞ bu televiziya kanalı vasitəsilə ərəb əhalisini işğalla barışmağa vadar etməyi hədəfləyir.
 “Əl Yevm” yayımlandığı 10 gün ərzində PKK-lı terrorçuları İŞİD-ə qarşı döyüşüb dastan yazan qəhrəmanlar kimi təqdim edib.
 ABŞ İraq işğalı zamanında da buna bənzər siyasət həyata keçirib. Ata Buşun prezidentliyi dövründə ABŞ tərəfindən “Əl Hurra” və “Əl Hurra İraq”  televiziya kanalları yaradılıb. Bu televiziya kanallarına isə Tələbaniyə və Bərzaniyə bağlı olan adamlar rəhbər təyin olunub. Hər iki televiziya kanalı hələ də ölkənin bölünməsini müdafiə edən proqramlar yayımlayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eight − four =