ABŞ minadaşıyıcı esminesi Qara dənz hövzəsinə daxil olub

0
384

ABŞ hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus, «İcis» raket əleyhinə müdafiə (RƏM) sistemi ilə təchiz edilmiş eskadra minadaşıyıcı «Karni» gəmisi bazar ertəsi Qara dəniz hövzəsinə daxil olub. Məlumatı, şimal istiqamətində Bosfordan keçərkən gəminin fotolarını dərc etmiş yerli informasiya portalları yayıb.
6-cı operativ donanmanın (ABŞ) məlumatına görə, esmines oktyarbın 18-də planlı təmiri başa vurduqdan sonra, ABŞ-ın Avropadakı maraqlarının təmin olunması məqsədilə donanmanın məsuliyyət daşıdığı zonada patrul xidməti keçmək üçün «Rota» (İtaliya) daimi dislokasiya bazasından çıxıb.

Ukraynanın şərq rayonlarında gərginlik yaranandan sonra, Qara dənizdə ABŞ HDQ-nin və NATO üzvü olan qeyri-Qara dəniz ölkələrinin gəmiləri üzməyə başlayıb. Belə ki, cari ildə Qara dəniz hövzəsinə NATO qeyri-Qara dəniz üzvü ölkələrinin döyüş gəmiləri, o cümlədən, «İcis» RƏM sistemi ilə təchiz edilmiş ABŞ esminesləri, Kanadanın və Fransanın gəmiləri daxil olub.
Ötən şənbə və bazar günləri Fransanın «Premyer metr L”Er» freqatı və 6-cı operativ donanmanın flaqmanı, komanda-qərargah «Manut Uinti» gəmisi Qara daniz hövzəsini tərk edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × four =