ABŞ Beşinci Hərbi Dəniz donanmasının Komandanı Bəhreyndə intihar edib.
Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, dekabrın 1-də kabinetində ölü vəziyyətdə aşkar edilən vitse -admiral, ABŞ-ın Bəhreyndəki 5-ci hərbi dəniz donanmasının komandanı Skott Stirni öz həyatına qəsd edib. Stirnin cəsədi xüsusi həkim briqadası tərəfindən ciddi şəkildə araşdırılıb. CNN-in hərbi dairələrdəki mənbələrə istinadən yaydığı məlumata görə, vitse-admiral intihar edib. Hələlik bununla bağlı araşdırmalar rəsmi şəkildə açıqlanmayıb.
Lakin kifayət qədər böyük vəzifə sahibi olan vitse-admiral niyə intihar edib və buna onu hansı səbəb vadar edib? Hələlik bu suala bir mənalı cavab vermək çətindir. Ona görə də hətta vitse-admiralın intiharında İranın əli ola bilməsi barədə belə ehtimallar səsləndirilir. Bununla belə çox güman ki, ABŞ hərbi dəniz donanmasının imicini qorumaq məqsədiilə vitse-admiralın özünü öldürməsinin əsl səbəbləri istənilən halda gizli saxlanılacaq.