ABŞ İranın 20 bank və kompaniyasına sanksiya tərbiq edib

0
557

 

ABŞ Maliyyə nazirliyi tərəfindən İranın 20 bank və kompaniyasına qarşı sanksiya tətbiq edilib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə nazirliyinin yaydığı pres-relizdə deyilir.

Sanksiyaya məruz qalanlar arasında bir neçə xarici kompaniya da var.  Onların bəziləri İranda dağ-mədən sahəsində fəaliyyət göstərir.

ABŞ Maliyyə nazirliyi sanksiya tətbiq edilən bank və kompaniyaları İranın İslam İnqilabı Mühafizləri korpusuna tabe olan Basic könüllülərinə maliyyə yardımları göstərməkdə günahlandırıb.

 

 

BIR CAVAB BURAXIN