ABŞ-ın məşhur brendi yeni sviter buraxdı… – Üzərində separatçı “Artsax” bayrağı

0
685

Amerikanın məşhur üst geyim  brendi “HUF” üzərində qondarma Dağlıq Qarabağ rejiminin bayrağı olan yeni hudilər (başlıqlı yumşaq sviter)  buraxıb.
Separatçı rejimin üçrəngli bayrağı sviterlərin sol qolu üzərində ağ  xalça naxışı ilə  Koreya Respublikası və İsveçrənin bayraqları arasında həkk olunub.
Məlumata görə, brendin yeni geyimləri artıq  ABŞ və Avropanı fəth edib. Ermənilər “You Tube” kanalına Hollandiya mağazalarında üzərində “Artsax” bayrağı olan sviterlərin satışını nümayiş etdirən videoçarx da yükləyib. Xəbərdə qeyd edilir ki, “HUF” brendi 2002-ci ildə Los-Ancelesdə həvəskar skeytbord Keyt Hufnagel tərəfindən təsis edilib.Moderator.az

BIR CAVAB BURAXIN