ABŞ-ın Kubaya qarşı bioloji silah tətbiq etmək planı

0
582

Amerika Federal Təhqiqatlar Bürosunun sui-qəsd nəticəsində öldürülən prezident Con Kennedi olayı ilə bağlı məxfi sənədləri açıqlamasından sonra maraqlı detallar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, həmin dövrdə ABŞ-SSRİ arasında Kuba uğrunda ciddi mübarizə gedirmiş və açıqlanan məxfi sənədlərdən biri də bu mövzu ilə bağlıdır.

Həmin vaxt ABŞ Kubanı məhv etmək istəyib, hətta bunun üçün bioloji silahdan istifadə etmək təklifi də olub. Bu silah vasitəsilə Vaşinqton SSRİ-nin müttəfiqi olan Kubada kənd təsərrüfatı sahəsini bütövlükdə iflic etmək istəyirmiş.

Açıqlanan məxfi sənədlərdən birin də 1962-ci ilin 6 sentyabrında baş tutan Kuba mövzusundan bəhs edilir. Burada Kubaya qarşı “Firon siçan əməliyyatı” müzakirə edilib.

Toplantıda iştirak edən general Karter Kubada kənd təsərrüfatı məhsullarını məhv etmək üçün “təbii maddələr şəklində hazırlanan bioloji zəhərdən” istifadə etməyi təklif edib. General deyib ki, bu cür əməliyyatların qorxunc nəticələri ola bilər. Xüsusilə, ciddi araşdırma aparılsa bu prosesdə ABŞ-ın əlinin olduğu müəyyən edilə bilər.

Dönəmin prezidenti Con Kennedinin milli təhlükəsizlik müşaviri George Bundy bu təxribatın gizli qalacağı ehtimalı yüksək olmadığı üçün kimyəvi və buna bənzər maddələrdən istifadə edilməsinə qarşı çıxıb.

Məxfi sənəddə həmçinin Kubada olan SSRİ personalına hücum planının qiymətləndirilməsi haqda təkliflər də olub. Ancaq bu mövzuda detallı müzakirəyə rast gəlinməyib.

BIR CAVAB BURAXIN