ABŞ-ın 41-ci prezidenti 6 qadına təcavüzdə ittiham edildi

0
464

Hollivudda ciddi müzakirə mövzusuna çevrilən qadınlara zorakılıq və təcavüz skandalında ABŞ-ın sabiq prezidenti ata Buşun da adı hallanır.

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, indiyə qədər beş xanım prezident Buş tərəfindən təcavüzə məruz qaldığını bəyan etmişdi. Bu günlərdə isə artıq altıncı qadın Buşun ona qarşı zorakılıq etdiyini iddia edib.

Harvey Veinsteinlə başlayan və Kevin Speys də daxil olmaqla bir çox məşhur xanımlar təcavüzdə ata Buşun adını xüsusilə qeyd ediblər.

Bu dəfə isə onu Roslin Corriqand ittiham edib.

O illərdə 16 yaşı olduğunu deyən Corriqan “Siyasətçi olmaq mənim ən böyük arzum idi. Tez bir zamanda məktəbi bitirib siyasət səhnəsinə atılmaq istəyirdim. Bu səbəbdən də Buşla tanış olmaq mənim üçün bir xəyal idi” ifadələrini işlədib.

Corriqan bu böyük görüş üçün Ağ Evə getdiyindən sonra vəziyyətin dəyişdiyini və ata Buşun ona təcavüz etdiyini iddia edib.

“Taym” dərgisinə danışan Corriqan deyib ki, Buşla görüş zamanı prezident ona toxunub. Bu durumu anam da bildi. Uzun müddət bir-birimizə baxdıq, ancaq heç nə etmədik. Nə edə bilərdik ki? Kimi prezidentin mənə qarşı belə hərəkət etdiyinə inandıra bilərdim?

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 4 =