ABŞ Hərbi kosmik qüvvələri yaradılmasına hazırlaşır

0
566

Yeni Hərbi kosmik qüvvələrin yaradılması ABŞ-a 5-10 milyard dollara başa gələcək.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında ABŞ Müdafiə nazirinin müavini Patrik Şanaxan deyib. O bununla belə ilkin hesablamalara görə yeni hərbi gücün yaradılması üçün 13 milyard dollar lazım olduğunu xatırladıb: “Bizim ilkin hesablamalarımıza görə, Hərbi kosmik qüvvələrin yaradılması üçün 13 milyard dollar tələb olunurdu. Lakin sonra birinci mərhələdə bu məqsədlə 5-10 milyard dolların bəs edə biləcəyi qənaətinə gəldik”.

Qeyd edək ki, bu ilin iyun ayında prezident Donald Tramp Hərbi kosmik qüvvələrin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirmək barədə Pentaqona göstəriş verib. Bu ilin sentyabr ayında isə ABŞ Hərbi qüvvələrinin  katibi Xizer Uilson bildirmişdi ki yeni Hərbi kosmik qüvvələrin yaradılmasına 13 milyard dolalr lazım gələcək : “Birinci ildə 3 milyard, sonrakı 4 ildə isə 10 milyard dollar xərcləməklə Hərbi kosmik qüvvələrin yaradılması mümkün olacaq”.

ABŞ-ın yeni Kosmik qüvvələri 13 min nəfərdən ibarət olacaq.

Əziz Mustafa

 

 

 

 

 

BIR CAVAB BURAXIN