ABŞ-dan İrana tələb: 100 minlik qorxunc Haşdi Şabi…

0
534

ABŞ Dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanına səfəri zamanı İrana bağlı qüvvələrin İraq ərazilərindən çıxmasını tələb edib.

Arazinfo Teleqraf.com-a istinadən xəbər verir ki, Tillerson Səudiyyənin Xarici İşlər aziri Adil Bin Əhməd əl Cubeyr ilə görüşdən sonra Tillerson mətbuat konfransı keçirib.

Amerikanın baş diplomatı deyib ki, artıq İraqda İŞİD-lə savaş sona çatmaq üzrədir:

“İraqda İŞİD-lə mübarizə aparan iranlı milislər geriyə, evlərinə qayıtmalıdır. Ümumiyyətlə, İraqda bütün xarici savaşçılar geri qayıtmalı, bu ölkədən çıxmalıdır. Hesab edirəm ki, əcnəbi savaşçılar İraqı tərk edərək iraqlıların öz həyatlarını yenidən inşa etməsi üçün şans verməlidirlər”.

Qeyd edək ki, hazırda İraqda İrana yaxınlığı ilə seçilən Haşdi Şabi qüvvələri mövcuddur. Onların sayı 100 mindən az deyil. Haşdi Şabi qüvvələrinin rəhbərliyi İranın Qum şəhəri dindarlarına yaxınlığı ilə seçilirlər. Məzhəb baxımından şiə olan Haşdi Şabi qüvvələri İraq mərkəzi hökumətini dəstəkləyirlər. Ayrıca İraqda kürd peşmərgələrin ən çox qorxduğu qüvvələr də Haşdi Şabi hesab olunur. Görünən budur ki, rəsmi Vaşinqton artıq İrana yaxınlığı ilə seçilən Haşdi Şabi qüvvələrinin İraqı tərk etməsini arzulayır. Çünki məhz bu qüvvələr peşmərgəyə göz açmağa imkan vermir. Kərkük şəhərinin peşmərgədən alınmasında da Haşdi Şabi qüvvələri əhəmiyyətli rol oynayın.

BIR CAVAB BURAXIN