ABŞ-da Türkiyəyə zenit-raket kompleksləri satacaq

0
344

ABŞ administrasiyası Türkiyəyə 3.5 milyard dollar həcmində “Patriot” zenit-raket komplekslərinin satılması barədə qərar qəbul edib.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin Təhülükəsizlik və Əməkdaşlıq İdarəsinin (Defense Security Cooperation Agency) yaydığı press-relizində deyilir. Bu müstəvidə də Türkiyəyə 80 ədəd idarəedilən “Patriot MİM-104E” zenit-raket kompleksləri, 60 ədəd PAC-3 raketləri və onlar üçün müvafiq texniki avadanlıq veriləcək. Eyni zamanda Türkiyənin xahişi əsasında bu ölkəyə 4 ədəd atəşi idarəetmə AN/MPQ-65 radiolokasiya stansiyası, 10 ədəd AMG antennası, 20 ədəd M903 avtomatik buraxılış qurğusu və 4 ədəd tutucu idarəetmə stansiyası satılacaq.