ABŞ-da prezident seçkisi: 26 namizəd yarışır

0
577

112

2016-cı il noyabrın 8-də ABŞ 45-ci prezidentini seçir. Prezidentliyə, eləcə də vitse-prezidentliyə namizədlər haqqında ətraflı məlumatlar burada:

Hillary Clinton

Hillary Clinton Amerika tarixində ilk qadındır ki, iki əsas partiyadan birindən – Demokrat partiyasından prezidentliyə namizəddir.

Clinton seçki kampaniyasında orta sinfin gəlirlərini artırmağı, ali təhsili daha əlçatan etməyi, ObamaCare adını alanyeni tibbi sığorta sistemini yaxşılaşdırmağı vəd edirdi.

Clinton Rusiyanın Ukrayna və Suriyadakı hərəkətlərinə qarşısərt mövqe tutur.

Clinton 1947-ci il oktyabrın 26-da Çikaqoda anadan olub. Onun əcdadları Uelsdən, Şotlandiyadan və İngiltərədəndir.

Clinton dövlət məktəbində oxuyub. Yeniyetmə olanda prezidentliyə respublikaçıların namizədlərini dəstəkləyirdi.

1973-cü ildə nüfuzlu Yale universitetində hüquq üzrə doktor dərəcəsini alıb.

Univesitetdən sonra uşaqların hüquqlarının müdafiəsi məşğul olub. Prezident Nixonun istefasına gətirən Watergate qalmaqalı vaxtı Konqres üzvlərinin məsləhətçisi olub.

Hillary Clinton Arkanzas Universitetində hüquqdan dərs deyib.

1975-ci ildə Bill Clintonla ailə qurub.

1992-ci ildə Bill Clinton prezident seçiləndən sonra Hillary Clinton 8 il ərzində birinci ledi kimi 92 ölkədə olub. ABŞ-da səhiyyənin islahatına çalışıb, ancaq bunun qarşısınıKonqres aldı.

2000-ci ildə Nyu York ştatından senator seçilib. 2009-2013-cü illərdə Dövlət katibi olub.

Clintonun bir qızı və iki nəvəsi var. Clintonun dini əqidəcə protestant xristianlığın bir qolu olan metodist kilsəsindəndir.

Tim Kaine

Demokrat partiyasından vitse-prezidentliyə namizəd Virciniyadan senator olan Tim Kainedir.

Təhlilçilərin fikrincə, Kainenin daxili və xarici siyasətdən yaxşı başı çıxır,“demokrat partiyasının tipik nümayəndəsidir” . Kaine katolikdir və şəxsən abortların əleyhinədir, ancaq deyir ki,hökumət abort etmək istəyən qadınlara mane olmamalıdır.

Hillary Clinton və Tim Kaine

Hillary Clinton və Tim Kaine

2006-cı ildə Virciniya ştatının qubernatoru seçilib.

58 yaşlı Kaine Minnesotada anadan olub. 1979-cu ildə Missuri universitetini fərqlənmə diplomu ilə bitirib və iqtisadiyyat üzrə bakalavr dərəcəsini alıb. 1983-cü ildə isə Harvard universitetində doktor dərəcəsini alıb. Harvardda oxuyanda Hondurasda katolik missiyasında işləyib, ispan dilini öyrənib. Evlidir, 3 uşağı var.

Donald Trump

Nyu Yorklu iş adamı, milyarder və reality-şou aparıcısı Trump gözlənilmədən Respublikaçılar partiyasından prezidentliyə iddialı 16 rəqibinə qalib gələrək prezidentliyə namizəd oldu.

Trump heç vaxt siyasətlə məşğul olmayıb və siyasi elitaya qarşı namizəd hesab olunur.

Trump seçki kampanayasını iş yerləri yaratmaqla, vergiləri azaltmaqla “Amerikanın keçmiş qüdrətini qaytaraq” şüarı altında aparıb.

70 yaşlı Trump Obamanı zəif lider , Obamanın Suriyadakı və digəır qaynar nöqtələrdəki siyasətini tam uğursuz adlandırır.

Trump xüsusilə, 2015-ci ildə İranla bağlanan nüvə sazişini kəskin tənqid edir. Hillary Clintonu isə tarixdə “ən pis dövlət katibi” adlandırır.

Putin haqda isə deyib ki, “o, əla liderdir”.

Trumpın əcdadları almanlar və şotlandlardır. Nyu Yorkda varlı tikinti iş adamı ailəsində doğulub. “Nyu York hərbi akademiyası” adlı özəl internat məktəbi, 1968-ci ildə Pensilavaniya universitetinin nüfuzlu Warton məktəbini bitirib. Orduda xidmət etməyib. Vyetnam müharibəsi vaxtı ya tələbə olduğunaya da səhhətinə görə, orduya çağırılmayıb.

Onun rəhbərlik etdiyi Trump korporasiyasiyası bütün dünya üzrə bir neçə göydələn və kazino tikib. Son illər isə golf meydançaları tikir və gözəllik yarışları keçirir. Trumpın var-dövləti 3-3,7 milyard dollar arasındadır.

Trump 2004-cü ildə ekrana çıxan “Namizəd” adlı reality-şounun aparıcısı kimi bütün ölkədə məşhurlaşdı. Ancaq 2016-cı ildə NBC televiziyası Trumpın immiqrantlar əleyhinə təhqiredici sözlərinə görə şounu bağöladı.

Trump 3 dəfə evli olub, 5 uşağı var, 8 nəvəsi.Dini əqidəcə Protestant kilsəsinin bir qolu olan presviteran kilsəsindəndir.

Mike Pence

Respublikaçı partiyadan vitse-prezidentliyə namizəd Mike Pencedir. İndiana ştatının qubernatoru olan Pence vergi və sosial məslələrdə mühafizəkardır. Özü haqda deyir ki, “dərin inancıl adam”dır. 2008 və 2012-ci illərdə onu prezidentliyə mümkün namizəd hesab edirdilər, ancaq heç vaxt prezidentlik iddiasında olmayıb.

Donald Trump və Mike Pence

Donald Trump və Mike Pence

57 yaşı var, irland ailəsində doğulub, İndiana universitetini bitirib, hüquqdan elmi dərəcəsi var.

Prokurorluqda işləyib və eyni vaxtda radioda “Mike Pence” şousunu aparıb. Bu şou siyasətə həsr olunmuşdu.

Digər namizədlər

Prezidentliyə hazırda Clinton və Trumpdan başqa azı 24 namizəd var. Ancaq onların adları bütün ştatların bülletenində olmaycaq.

Clinton və Trumpdan başqa adı50 ştatın bülletenində olacaq yalnız bir namizəd var, o da Libertarian partiyasının nümayəndəsi Gary Johsondur.

Gary Johnson

Nyu Meksiko ştatının keçmiş qubernatoru Johnson 2012-ci ilin prezident seçkisində də iştirak edirdi, 1 faiz səs topladı. Johnson vergiləri,xaricdə ABŞ-ın iştirakını azaltmağı vəd edir.

Gary Johnson

Gary Johnson

63 yaşlı Johnson marixuananın leqallaşdırılmasının qatı trəfdarıdır. Sentyabr ayında o, medianın diqqətində idi. Buna səbəb Suriyanın Aleppo şəhərindəki hərbi əməliyyat barədəsual verənjurnalistdən soruşmağı idi ki, “Aleppo nədir?”.

Jill Stein

Prezidentliyə digər namizədlərdən biri Jill Steindir. O, Yaşıllar partiyasındandır. Stein həkim və ekologiya fəalıdır.

Stein seçkidə ən sol namizəddir. O, Rusiyanın Ukraynadkı hərəktlərini dəstəkləyir, ABŞ hökumətini ittiham edir ki, Ukraynada Maydan hərəkatı vaxtı dövlət çevriilişini qızışdırdı.

Jill Stein

Jill Stein

Stein İsrailin baş naziri Netanyahunu da “hərbi cinayətkar” adlandırıb.

66 yaşlı Stein Çikaqoda anadan olub. Rusiyadan köçmüş yəhudilərin nəvəsidir.

Evan McMullin

Prezidentiyə bir namizəd də müstəqil namizəd olan Evan McMullindir.

Evan McMullin

Evan McMullin

O, Mərkəzi Kəşfiyyat İdarəsində işləyib, özünü Trumpa və Clintona mühafizəkar alternativ adlandırır.

Onu Trump əleyhinə olan bir sıra respublikaçılar maliyyələşdirir.

McMullinin adı bütün ştatların bülletenində olmayacaq, ancaq o, Yuta ştatında həm Clinton, həm də Trumpı uda bilər.

BIR CAVAB BURAXIN