ABŞ prezidenti Donald Tramp Çindən gətirilən 200 milyard dollar həcmində malların üzərinə qoyulan rüsumların həcmini 10 faiz artırıb. Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi xəbərə görə, sentyabrın 24-dən etibarən Trampın bu qərarı qüvvəyə minəcək. Tramp deyib ki, əgər Çin ABŞ mallarına münasibətdə analoji cavab addımları atsa, onda daha 267 milyard dollar malın üzərinə qoyulan rüsumu 10 faiz artıracaq. Trampın sözlərinə görə, ilin sonuna kimi Çındən gətirilən bu mallara tətbiq edilən 10 faizlik rüsum qüvvədə qalacaq. Lakin 2019-cu ilin yanvar ayının 1-dən etibarən Çindən gətirilən mallara qoyulan rüsum 25 faiz artırılacaq.