ABŞ bu il hərbi kəşfiyyata 18,4 milyard dollar xərcləyib

0
352
 

ABŞ 30 sentyabr 2017-ci il tarixində başa çatan maliyyə ilində hərbi kəşfiyyata 18,4 mlrd. dollar vəsait xərcləyib.

“Report” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Cümə axşamı yayılan qısa bəyanatda bildirilir ki, hərbi kəşfiyyat proqramı, eləcə də, xarici əməliyyatların reallaşdırılması üçün ayrılan büdcə 18,4 mlrd. dollar təşkil edib.

Müdafiə Nazirliyi qeyd edib ki, bu proqramın detalları və ya onun maliyyələşdirilməsi barədə heç bir əlavə məlumat olmayacaq.

Pentaqon iyunda ABŞ Konqresindən 2018-ci maliyyə ili üçün hərbi kəşfiyyata 20,7 mlrd. dollar istədiyini bəyan edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 + 9 =