“ABŞ bir-birini təkzib edən açıqlamalar verir”

0
365

“Bu gün Türkiyədə əsas mövzu terrordur. Su yatar, düşmən yatmaz”. 

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. Baş nazir qeyd edib ki, gecə-gündüz, yay-qış demədən müdafiə əsaslı deyil, davamlı olaraq mübarizə aparacağıq: “Əsasən də, təhdidlə bağlı, terror baş vermədən qarşısının alınmasında işləri daha da gücləndirmişik”.

Yıldırım qeyd edib ki, terrorla mübarizədə qəti fikirdə olduğumuzu bütün dünyanın açıq şəkildə görməsini istəyirik: “Türkiyənin terrorla mübarizə aparması Avropanın təhlükəsizliyini də təmin edir. Çünki, Avropa İttifaqının, NATO-nun sərhədləri Türkiyənin cənub və şərq sərhədlərindən başlayır”. 

Baş nazir vurğulayıb ki, Suriyada İŞİD-dən təmizlənən ərazilərin yeni bir terror təşkilatı ilə əvəzlənməsini heç vaxt qəbul etməyəcəyik: “NATO-da müttəfiqimiz olan ABŞ-ın Suriya siyasəti çox təəssüf ki müttəfiq hüquqlarına ziddir. ABŞ bölgənin gələcəyi baxımından siyasətini sülhə doğru, Türkiyə ilə münasibətləri düzəltməkdən yana dəyişməlidir.
B. Yıldırımın sözlərinə görə, ABŞ rəhbərliyi 3 gün ərzində bir-birini təkzib edən açıqlamalar verir: “Bir gün deyirlər ki, “Sərhəd Təhlükəsizlik Qüvvələri” yaradırıq, daha sonra “Yox biz elə demədik” bildirirlər. Sonda da bildirilər ki, “Bizim belə düşüncəmiz yoxdur, sadəcə İŞİD-dən təmizlənən ərazilərdəki yerli qüvvələrə təlim keçəcəyik” deyirlər. Əlbəttə ki, bunlar fikir qarışdırırlar. Amma, Türkiyənin qərarı çox açıqdır. Sərhədimizin cənubunda yeni bir terror ordusunun yaradılmasına icazə verməyəcəyik. Beynəlxalq qanunlar çərçivəsində millətimizin təhlükəsizliyini təmin etmək məqsədilə sərhədlərimizdə təxribat törətmək istəyənlərə layiqli cavab verəcəyik”.Azadinform

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seven − 6 =