ABŞ-a əsas təhlükə Rusiyanın nüvə silahından gəlir

0
501

Şimali Koreya və Çünlə müqayisədə ABŞ üçün əsas təhlükə Rusiyanın nüvə silahından gəlir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Virciniya Hərbi İnstitutundakı çıxışında ABŞ-ın Müdafiə naziri Ceyms Mettis deyib: “Əgər biz ABŞ üçün gözlənilən xarici təhlükəyə diqqəti cəlb etsək, onda görərik ki, Çin və Şimali Koreya ilə müqayisədə Rusiyanın  nüvə silahı təhlükəsizliyimizi ciddi şəkildə təhdid edir”.

Pentaqon rəhbərinin fikrincə hazırda nüvə müharibəsi təhlükəsindən daha çox danışırlar: “Bu, həqiqətən də böyük təhlükədir və biz onun aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirməyə məcbur oluruq. Əsas vəzifəmiz belə bir müharibənin başlamasına imkan verməməkdir. Çünki nüvə müharibəsində qalib gəlmək mümkün deyil”.

 

 

BIR CAVAB BURAXIN