Abenin Rusyaya səfəri təxirə salına və ya ləğv edilə bilər

0
521

Yaponiya Baş naziri Sindzo Abenin yanvar ayının 21-də Moskvaya nəzərdə tutulan səfəri baş tutmaya bilər.

Mediainfo.az-ın rambler ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya üzrə yaponiyalı tanınmış ekspert, Tsukuba universittetinin professoru, politoloq İtsuro Nakamura deyib. Nakamura buna səbəb kimi son vaxtlar Kuril adalarına münasibətdə Rusiya və Yaponiyanın yüksək səviyyəli rəsmiləri tərəfindən sərt açıqlamaların verilməsini göstərib. O qeyd edib ki, Abenin Kuril adalarında yaşayan rusların köçürülməyəcəyi barədə “Asaxi” telekanalında çıxışı Rusiyada əsəbiliklə qarşılanıb. Öz növbəsində Rusiya Xarici işlər naziri Sergey Lavrovun II Dünya müharibəsinin nəticələrinin Yaponiya tərəfindən tanınılmasının vacibliyini sərt şəkildə vurğulaması Tokioda əsəb gərginliyi ilə müşahidə edilir.  Dünən Yaponiyanın Moskvadakı  səfiri Kodzukinin Rusiya xarici işlər nazirliyinə çağırılaraq Abenin “Asaxi” telekanalına verdiyi müsahibəsini bölgədə vəziyyəti gərginləşdirmək cəhdi kimi dəyərləndirməsi də iki ökə münasibətlərində böhran əmələ gəldiyini sübut edir. Bütün bunlar isə Abenin Rusiya səfərinin təxirə salına biləcəyi ehtimalını gündəmə gətirib.

Əziz Mustafa, Mediainfo.az