ABŞ-ın Türkiyəyə qarşı qorxunc planı

0
550

Ağ Ev Türkiyəni Kiprdən mühasirəyə alaraq Aralıq dənizinin şərqindəki enerji mənbələrinə nəzarəti əlinə keçirməlidir.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın CSİS analitik mərkəzinin hazırladığı “ABŞ-ın Şərqi Aralıqdakı strateji lövbərsalmasını yenidən qurmaq” adlı hesabatında deyilib.

Hesabatda Tramp administrasiyasından enerji hövzəsinə nəzarət üçün əngəl olaraq qiymətləndirilən Türkiyənin qarşısının alınması istənilib. Vaşinqtona Kiprdən Türkiyəni mühasirəyə almaq vəzifəsi verilən hesabatda “Kiprə ordu yerləşdirmək”, “Pentaqonun Yaxın Şərqdəki əməliyyatlarında adadakı ingilis bazasının istifadəsi” və “Türkiyəyə qarşı Şərqi Aralıq dənizində İsrail-Yunanıstan-Kipr-Misir paktının qurulması” təklifləri irəli sürülüb.

Hesabatda Türkiyənin artıq nəzarətdən çıxdığı və bunun qarşısının alınması üçün hərbi alternativlərin çoxaldılmasına zərurət yarandığı qeyd olunub.

İncirlik əvəzinə Akrotiri

Tramp administrasiyasına Yunan-Amerika münasibətlərini inkişaf etdirməyin tövsiyə olunduğu hesabatda Pentaqonun İncirlik hərbi bazası əvəzinə Kiprdə yerləşən ingilis hərbi bazası Akrotiridən istifadə edə biləcəyinə işarə vurulub. Kiprdəki bazanın Bağdaddan cəmi 650, Rakkadan isə 350 mil uzaqlıqda olduğu vurğulanıb.

“Kiprdə Avroatlantik İttifaqın mənafeyini əngəlləyən bölünmüş status və adadakı türk əsgərinin varlığıdır”, – hesabatda deyilib.

Ankaraya qarşı enerji paktı

CSİS həm Rusiyanı, həm də Türkiyəni zəiflədəcək Şərqi Aralıq dənizi qazının Avropaya transferini nəzərdə tutan İsrail layihəsinin təhlükəsizliyinin ABŞ üçün önəminə diqqət çəkib:

“Bölgənin jandarm fəaliyyətinə İsrail nəzarət etməlidir. Misir və İsrailin enerji sahəsində əməkdaşlığı genişlənməlidir. Aralıq dənizinin şərqində Türkiyəyə qarşı bir pakt qurulmalıdır. İttifaqın tərəfləri Kipr, Yunanıstan, İsrail və Misir olmalıdır”.

BIR CAVAB BURAXIN