97 arvadı, 185 övladı var – 92 yaşlı kişinin

0
496

Nigeriyanın tanınmış simalarından olan 92 yaşlı Məhəmməd Bello Əbubəkrin 97 arvadı, 185 övladı var.

Əbubəkr özü haqda çıxan ölüm xəbərinə etiraz edib açıqlama verib. Verdiyi açıqlamada “Çox sağlam və rahat şəkildə yaşayıram” deyib. 92 yaşlı Əbubəkr daha artıq qadınla evlənmək niyyətində olduğunu bildirib. O bu günə qədər 107 qadınla evləndiyini, onlardan 10-u ilə boşandığını deyib.

Qeyd edək ki, 2008-ci ilə 84 yaşındaykən 86 arvadı ilə xəbərlərə mövzu olan Əbubəkrə arvadlarının sayına görə şəriət məhkəməsi tərəfindən xəbərdarlıq edilib. Şəriət qaydalarına görə bir kişi sadəcə 4 qadınla evlənə bilər. (modern.az)

BIR CAVAB BURAXIN