0
601

Fabreqas “Çelsi”dən ayrılır

İspaniya yığmasının futbolçusu Sesk Fabreqas “Çelsi” ilə yolları ayırmağa çox yaxındı. 29 yaşlı yarımmüdafiəçi “zadəganlar”ın baş məşqçisi Antonio Konteyə lazım deyil.

 

İtaliyalı çalışdırıcı rəhbərliklə söhbətində Seski əsas heyətdə görmədiyini bildirib. Bunu nəzərə alan London klubu Fabreqası qışda icarəyə verməyi planlaşdırır. Futbolçunun özü də oyun praktikası cəhətdən əziyyət çəkməmək üçün komandasını dəyişmək arzusundadı.

 

Qeyd edək ki, karyerası ərzində “Arsenal” və “Barselona”nın da formasını geyinmiş Fabreqas 2014-cü ildən “Çelsi”nın formasını geyinir. O, Premyer Liqanın cari mövsümündə 4 oyunda meydana çıxıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × three =