800-dən artıq müraciətə baxılır – Əfv olacaq

0
422

efvyeniddh1477995406“Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirildi. İclasda məlumat verildi ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.
Onun sözlərinə görə, dünənki iclasda 150 müraciətə baxılıb.
“Baxılan müraciətlərin yarısına müsbət rəy verilib. Bu gün də Komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”, – deyə, R.Məcid bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − 6 =