8 yaşlı uşaq universitet tələbəsi oldu

0
624

Belçikada orta təhsili il yarıma tamamlayan 8 yaşlı Loren Simons universitetdə oxumağa başlayacaq. Yerli radioya açıqlama verən Simons ən sevdiyi fənnin riyaziyyat olduğunu deyib. O, əvvəlcə həkim və ya astronom olmaq istədiyini desə də, hazırda kompyuter elmləri ilə maraqlandığını söyləyib.

 

Ailəsi Simonsun İQ səviyyəsinin 145 olduğunu bildirib. Lorenin atası oğlunun ixtisas seçiminə qarışmayacaqlarını deyib: “Əgər Loren sabah mebel ustası olmaq istəsə, qərarından xoşbəxt olduğu müddətdə bizim üçün problem deyil”. (axar.az)

BIR CAVAB BURAXIN