8 Mart hədiyyəsinə arvadı şoka düşdü – Bakıda gözlənilməz hadisə

0
694

“8 Mart hədiyyəsinə arvadı şoka düşdü - Bakıda gözlənilməz hadisə

Uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev onun dərdinə dərman olmaq qərarına gəlib.

Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, Amin Quliyev eşitdiyi bir xəbərdən sonra qərarını daha da qətiləşdirib. O, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib.
Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub. Hətta eşidəndə çaş-baş qalıb.

Uğurlu əməliyyat 8 Mart qadınlar günü ərəfəsində gerçəkləşib və cütlüyün vəziyyəti normaldır.

Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.

BIR CAVAB BURAXIN