3 uşaq anası olan Beyons yenə heyran etdi

0
485

Müğənni Beyons reper əri Cey Zi ilə birlikdə məkanların birindən çıxarkən görüntülənib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 2 ay əvvəl ana olan sənətçinin hamiləlik çəkilərindən tamamilə qurtulduğu görülüb. Bədən cizgilərini aydın göstərən libas seçimi edən Beyons sosial şəbəkə istifadəçilərinin tərif yağmuruna tutulub. Saçlarını toplayan müğənni geyimini iri halqa sırğalar və pişik-göz effekti olan eynəklə tamamlayıb.
Beyonsdan fərqli olaraq isə əri Cey Zi qara sadə kofta və cins şalvar geyinib.
Qeyd edək ki, Beyons 3 uşaq anasıdır.

BIR CAVAB BURAXIN