3 milyon nəfər rusiyalı borca görə ölkəni tərk edə bilmir

0
469

2018-ci ildə 3 milyon nəfər rusiyalının ölkəni tərk etməsinə müvəqqəti olaraq qadağa qoyulub.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə TASS-a Məhkəmə icraçıları (ФССП) federal xidmətindən bildiriblər: “Bu ilin dekabr ayının 1-nə olan məlumata görə, 3 milyon nəfər rusiyalının xaricə səfərinə müvəqqəti qadağa qoyulub. Onlardan 863 min nəfərinin kredit, 558 min nəfərinin aliment, 285 min nəfərinin mənzil istismar kontorlarına borcları var. Xaricə gedişi müvəqqəti qadağan edilən digər rusialılar da müxtəlif səbəblərə görə borcu olanlar, hüquq-mühafiqə orqanları tərəfindən yaşayış yerini tərk etməsinə icazə verilməyənlərdir “.