Rusiyanın Suriyanın şərqində yerləşən əl-Şafah kəndinə hava zərbələri nəticəsində azı 53 mülki şəxs həlak olub, monitorinq qrupu deyir.
Britaniyada məskunlaşan Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, bazar günü öldüyü bildirilənlərdən 21-i uşaqdır.
Kənd özünü İslam Dövləti adlandıran qruplaşmanın hələ də əraziyə sahib olduğu son əyalətlərdən sayılan Deyr əz-Zorda yerləşir.
Monitorinq qrupu deyib ki, 34 nəfər yaşayış binalarına endirilən zərbələr nətivəsində ölüb.
Qrupun rəhbəri AFP xəbər agentliyinə müsahibəsində, rəqəmlərin yüksək olduğunu güman etdiklərini deyib.
Bundan əvvəl Rusiya altı uzaqmənzilli bombardmançı təyyarələrin ərazidə hava zərbələri həyata keçirdiyini təsdiqləyib, lakin qeyd edib ki, onlar yaraqlılar və onların dayaq məntəqələrinə zərbə endiriblər.
Rusiya Suriyadakı uzun müddətli vətəndaş müharibəsində prezident Bəşər Əsədin əsas müttəfiqidir.
Gələn həftə BMT-nin dəstəklədiyi sülh danışıqlarının Cenevrədə bərpası gözlənir. Bir neçə il əvvəlki danışıqlar uğursuzluqla nəticələnib.
Bundan başqa, bazar günü Dəməşqin ətraflarında bir üsyançı anklavda 23 adamın öldüyü bildirilir. Monitorinq qrupu şərqi Ghouta şəhərinin bir neçə hava hücumları və artilleriya atəşi ilə vurulduğunu xəbər edib.
Hesabatlardan heç biri müstəqil şəkildə təsdiqlənməyib.
Monitorinq qrupu deyir ki, Suriya ordusu təxminən iki həftə əvvəl öz hərbi əməliyyatlarına başlayandan bəri 120 nəfər ölüb.
İllərlə çəkən mühasirədən sonra şərqi Ghoutanın 400 min sakini üçün şərait çox acınacaqlıdır, insanların aclıqdan ölməsi barədə xəbərlər var.
Ötən həftə yayımlanan hesabatda BMT bildirib ki, ərazidə ərzaq o qədər qıtdır ki, bəzi sakinlər heyvan yemi və hətta zibil yeməyə məcburdur.bbc.com/azeri