Fantastika: Qarabağ Çempionlar Liqasının qrupunda!

0
1123

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” cavab oyununa çıxıb. Azərbaycan çempionu səfərdə “Kopenhagen”lə qarşılaşıb.

 

Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ağdamlılar səfər oyununda 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində Azərbaycan futbolunun tarixində ilk dəfə qruplarda iştirak etməyə haqq qazanıb.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunu

23 avqust

 

“Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) – 2:1

Qollar: Santander, 45, Pavloviç, 66 – Dino, 63

Baş hakim: Alberto Undiano Mallenko

Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)

Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. “Tella Parken” stadionu

İlk oyun – 0:1

 

“Kopenhagen”: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner

Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 24. Yussef Tutu,  28. Pieros Sotiriu, 32. Danni Amankva

Baş məşqçi: Stole Solbakken

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

APASPORT

BIR CAVAB BURAXIN