2024-cü ildə Marsda ilk koloniya qurulacaq

0
521

1 il əvvəl Marsda koloniya qurmaq istədiyini açıqlayan Elon Mask layihənin detalları barədə məlumat verib.

“SpaceX” şirkətinin sahibi olan Mask 2022-ci ilə qədər planetdə enerji, mədənçilik və digər vacib sistemlərin yerləşdirilməsi üçün iki kosmik gəminin göndəriləcəyini və 2024-cü ilə qədər isə insanları Marsa aparan ilk raketin yola düşəcəyini deyib. Marsa əvvəlcə 100 nəfər göndəriləcək, 40-100 il müddətində isə bu say 1 milyona çatacaq. Qırmızı planetdə yerləşmənin asanlaşması üçün isə Ayda baza qurulacaq və planet Marsa gedən gəmilərin yola düşmə mərkəzi olacaq.

Avstraliyanın Adelayde şəhərində keçirilən Beynəlxalq Kosmik Səyahət 2017 konfransında danışan Elon Mask həmçinin bildirib ki, Marsda sintetik yanacaq fabriki yaratmağı və Yerə qayıtmağı mümkün edəcək enerjini orada istehsal etməyi planlaşdırırlar.qaynarinfo

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − three =