Bu gün səhər təxminən saat 8.10 radələrində 199 saylı marşrutla hərəkət edən 10 TC 736 nömrəli avtobus Masazır dairəsində 090 VA 341 nömrəli Kia markalı minik avtomobili ilə toqquşub. Mediainfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, toqquşma nəticəsində minik avtomobili əzilib. Qəzaya səbəb avtobus sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi olub. Baş verən qəza zamanı avtobusun sərnişinləri arasında panika yaranıb. Qəzadan sonra avtobus sürücüsü sərnişinlərdən avtobusu tərk etməyi tələb edib. Nəticədə 50-dən artıq sərnişin yolda qalıb və bu, sərnişinlərlə avtobus sürücüsü arasında kəskin mübahisələrə səbəb olub.
Əziz Mustafa