19 yaşlı qız saçlarını rənglədikdən sonra dünyasını dəyişdi

0
618

Saçlarını rənglədikdən dərhal sonra 19 yaşlı qızın halı pisləşib və o dünyasını dəyişib.

Arazinfo.com Virtualaz.org-a istinadən xəbər  verir ki, hadisə bu gün Moskvada baş verib. Qızın anasının bildirdiyinə görə, o, saçlarının rəngini açmaq üçün hidroperitdən istifadə edib. Dərhal halı pisləşən qıza yardım etmək üçün təcili yardım çağırılıb.

Havaya çıxarılan 19 yaşlı qız küçədə huşunu itirib. Hadisə yerinə gələn həkimlər onun öldüyünü bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş hadisənin təfərrüatlarını araşdırırlar.

BIR CAVAB BURAXIN