Rusiya təyyarəsi Suriyada türk əsgərlərini bombaladı

0
731
Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. 
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.
Hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: “Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib”.
 

BIR CAVAB BURAXIN