‘153 milyon iki nəfərin rəhbərliyilə mənimsənilib’

0
466

11

Ayda qeyri- rəsmi 30 min “paket” pul aldığını etiraf edən nazir müavinləri hələ də buvəzifədədir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri də daxil, vəzifəli şəxslərinin məhkəmə prosesi yeni başlayıb. Amma iş materialları bəri başdan bu prosesin gərgin və maraqlı keçəcəyini deməyə əsas verir. Cinayət işi təkcə keçmiş nazir Əli Abbasovun yox, indi də yüksək vəzifələrdə çalışan, prezidentin hələ də etimad göstərdiyi şəxslərin əleyhinə ifadələrlə zəngindir. Məsələn, həmin şəxslər sırasında hazırda da Rabitə və YüksəkTexnologiyalar nazirinin müavini postunda çalışan İltimas Məmmədov, Elmir Vəlizadənin adlarını çəkmək olar.

Milyonlarla mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanan nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov avqustda istintaqa ifadəsində deyib ki, özünü təqsirli bilmir. Əlavə edib ki, ona ittiham verilmiş 153 milyon manatın mənimsənilməsi, israf edilməsi keçmiş nazir Əli Abbasov və o zaman onun birinci müavini olmuş, hazırda da nazir müavini postunu tutan İltimas Məmmədovun təşkilatçılığı, faktiki rəhbərliyilə gerçəkləşdirilib.

 

Rabitə və Yüksək Texnologiyalar nazirliyinin internet səhifəsi

Rabitə və Yüksək Texnologiyalar nazirliyinin internet səhifəsi

“Əvvəl 15, sonra 20, axırda da 30 min “paket” alırdım”

İltimas Məmmədov da istintaqda dindirilib, şahid kimi. Deyib ki, 2005-ci ilin dekabrından nazir müavinidir. Nazirliyin ayrı-ayrı qurumlarından aylıq pullar yığılmasından xəbərdar olmayıb, bu barədə istər keçmiş nazir Əli Abbasovla, istərsə də nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovla heç danışmayıblar.

İltimas Məmmədov ifadəsində etiraf edib ki, nəinki nazirliyin işçilərinə “paket”şəklində aylıqpullar verilməsindən xəbərdar olub, hətta özü də belə pullar alıb. Bildirib ki, V. Zeynalov onun özünə əvvəllər “paket” şəklində aylıq 15 min manat, bir müddət sonra 20 min manat, son bir ildə isə 30 min manat manat pul verib. Amma həmin pulların hansı mənbədən gəldiyindən xəbəri olmayıb. Dediyinə görə, bu barədə keçmiş nazir Əli Abbasovdan soruşub. O da cavab verib ki, “paket” pullar razılaşdırılıb.

“Tərəqqi” medallı nazir müavininin etirafları

Elmir Veliyev

Elmir Veliyev

Digər nazir müavini Elmir Vəlizadə istintaqa ifadəsində deyib ki, 2007-ci ilin dekabrından bu vəzifədədir. Etiraf edib ki, keçmiş nazir Əli Abbasov ona ilkin dövrlərdə aylıq 3 min manat, sonradan 15 min manat, son vaxtlarda isə 30 min “paket” şəklində pullar verib. Dediyinə görə,əvvəllər bu pulları almaq istəməyib, amma Əli Abbasov qəbul eləməyib. Bildirib ki, həmin pullar ümumi qaydada işçilər arasında paylanır. Bundan sonra o da “paket” maaş almaqda davam edib.

Elmir Vəlizadə 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi”

medalı ilə təltif olunub.

Əli Abbasovun bacısının kürəkəni tapşırıqla qalib gəlirmiş…

Cinayət işinin materiallarından bəlli olur ki, Əli Abbasovun özü ilə yanaşı, qohumları da istintaqa cəlb olunub. Məsələn, bacısının kürəkəni, “Virqo” MMC-nin rəhbəri Seymur Quluzadə. Bu şirkət də əsasən “TPP” markalı rabitə kabellərinin satışıyla məşğul olub. Belarusvə Türkiyədən kabel gətirən şirkət, ancaq “Aztelekom” MMC ilə işləyib.

Nazirliyin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun əleyhinə danışan Seymur Quluzadə deyibki, onu bu işə o adam cəlb eləyib:

Foto: arxiv

Foto: arxiv

“Vidadi Zeynalov mənə demişdi ki, kabel alınması üçünmüəssisənin hesabına köçürülən ƏDV-li pulun 35 faizi, ƏDV-siz məbləğin isə 40 faizi nəğdqaydada ona təqdim olunmalıdır. Bu, Rabitə Nazirliyinin müəyyənləşdirdiyi ümumi qaydadır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − five =