15 sentyabr tarixinə baxış

0
642

Faiq Ələkbərli: “Nuru Paşa “göydən enən mələk” kimi ad-san qazanmışdı” 

Əvvəli ötən sayımızda

Azərbaycan milli ideyasının reallaşması kimi,Azərbaycan Cümhuriyyətinin qorunub yaşadılmasında da ən mühüm xidmət M.Ə.Rəsulzadənin adı ilə bağlıdır: “Bütün hallarda, M.Ə.Rəsulzadənin uzaqgörənliyi və müdrik siyasəti nəticəsində bu məsələ də, Azərbaycanın müstəqilliyinin itirilməməsi şərti ilə həll edilmiş və çox keçmədən”Azərbaycan milli məfkurəsi” Azərbaycandakı bütün siyasi qüvvələrin, o cümlədən burada yaşayan bütün etnosların əsas ideyasına çevrilə bilmişdir. M.Ə.Rəsulzadə 1918-ci ilin 10 dekabrında parlamentin 2-ci iclasındakı çıxışında, azərbaycançılıq ideyasının hansı şəraitdə yaranmasını göstərmək üçün deyirdi: “Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (Allah eləməsin – F.Ə.)- İslama xətər vurursunuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiyyətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir””.

1918-ci ilin iyunun 17-də F.Xoyskinin başçılığı ilə Gəncədə 2-ci hökumət kabinəsi yaradıldı. Həmin hökumət iyun ayında milli dövlət bayrağı (24 iyun), milli ordunun yaranması (26 iyun), türk dilinin dövlət dili olması (27 iyun) və b. məsələlərlə bağlı mühüm qərarlar qəbul etdi. Eyni zamanda, 1918-ci il iyunun 26-da Milli Ordu yaradılması haqqında fərman verildi və ordu “Əlahidə Azərbaycan korpusu” adlandırıldı. Həmin korpus Nuru paşanın başçılıq etdiyi orduyla birləşərək Qafqaz İslam Ordusu adını aldı.

Faiq Ələkbərli  qeyd edir ki, Qafqaz İslam Ordusunun qarşısında duran əsas məsələ də, Bakı Quberniyasını və Bakı şəhərini BXKS-nin işğalçı ordusunun əlindən azad etmək idi. 1918-ci ilin iyunu 27-dən iyulun 1-nə qədər BXKS-nin birləşmiş hərbi qüvvələri ilə Qafqaz İslam Ordusu arasında gedən döyüşlər müharibənin taleyini həll etdi. “Nuru Paşanın başçılığı ilə döyüşlərə atılan milli ordu birləşmiş erməni-bolşevik hərbi qüvvələrini Göyçay yaxınlığında ağır məğlubiyyətə uğradaraq, iyulun 20-də Bakıya doğu istiqamət aldı. Bu məğlubiyyətdən sonra Bakıda hakimiyyəti əldə saxlamağın mümkünsüzlüuyünü görən Şaumyan istefa vermək məcburiyyətində qaldı.

1918-ci ilin yayında İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bildirirdi ki, “nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır”. Bakı düşmənlərin – daşnak və bolşeviklərin əlində olduğu bir zamanda ölkənin xarici siyasətini düzənli şəkildə aparmaq problemlər yaradırdı. M.Ə.Rəsulzadə bu problemlərlə bağlı qəti və kəskin mövqeyini belə ifadə edirdi: “Bakısız Azərbaycan- başsız bədəndir”. Bu vaxt Bakıda ermənilərdən, ingilislərdən, ruslardan ibarət silahlı qüvvələr vardı. 1918-ci il iyulun 31-də BXKS-nin istefasından sonra, avqustun 1-də Bakıda eser-daşnak-menşevik ittifaqı əsasında “Sentrokaspi və Sovetin Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyəti Diktaturası” adlı mürtəce hökumət təşkil olundu. Ancaq Qafqaz İslam Ordusu əsasən eserlər və ermənilərdən ibarət olan bu hökumətin Bakıda uzun müddət məskunlaşması ilə razılaşa bilməzdi. O dövrdə əldə edilən məlumatlardan aydın olurdu ki, onlar şəhəri döyüşsüz verməyəcəklər”.

“Xəlil Paşa da xatirələrində yazır ki, Bakının düşmən qüvvələrdən azad edilməsi heç də asan olmamışdır. Bunun üçün Türkiyədən əlavə hərbi qüvvələr gətirmək lazım imiş, aradaErmənistanla, Gürcüstanın olması problem yaradırmış. Xəlil Paşa yazır ki, gürcülərə müəyyən torpaq güzətşləri müqabilində Azərbaycana əlavə hərbi yardımı göstərmək mümkün olmuşduir: “Gürcülər tarixi abidələr olan bəzi cəbhə mövqeilərinə çox önəm verirlərdi.Buraların özlərinə geri verilməsini istəyirlərdi. Nəticədə Baş Qərargahıən da icazəsini alraq bu möbqelərdəm əskərlərimizi geri çəkdim. Sarayları güqrcülərə təslim etdim. Buna qarşılqı onlar da əskərlərimizin Gürcüstan içindən və Gürcüstan dəmiryolundan keçməsinə izin verdilər. Beləcə iki saraya qarşılıq biz Bakının qurtarılması üçün gərəkli olan əskəri birlikləri Bakı cəbhəsinə daşıdıq”.

Məhz əlavə hərbi qüvvənin gəlməsi ilə sentyabrın 14-dən 15-nə keçən gecə Türk qoşunları sürətli hücumla Bakıya girdilər. Düşmən təslim oldu, və Bakı yad qüvvələrdən xilas olundu. Gecə saat üçdə başlanan bu əməliyyat qısa bir vaxtda Türk ordusunun qələbəsi ilə qurtardı. Sentyabrın 15-i günü Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncəyə Azərbaycan hökumətinin başçılarına xoş xəbərli teleqram göndərdi. Az sonra Bakının azad olunması xəbərini Ənvər Paşa da M.Ə.Rəsulzadəyə çatdırdı. Sentyabrın 17-də Azərbaycan Cümhuriyyətinin milli hökuməti Gəncədən Bakıya köçürüldü”.

“1918-ci il noyabr ayının başlarında Nuru paşanın şərəfinə verilən ziyafət çox diqqətəlayiq haldır. Tanınmış Azərbaycan türk messenatı H.Z.Tağıyevein öz şə\xsi evini Nuru Paşaya hədiyyə etdiyi mərasimdə Rəsulzadənin nitqi də çox dəyərlidir. Azərbaycan Cümhuriyyətinin qurulmasında Nuru Paşa başda olmaqla, Osmanlı türklərinin yardımını “Turan toxumunun əkilməsi” kimi dəyərləndirən Rəsulzadəyə görə, bununla da Turan idelaının gerçəklşəməsi yolunda ilk addımlar atılmışdır. Rəsulzadə yazırdı: “Turan bu gün maddətən qazanılmamışsa da, mənən hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq gecələrimizdə bizə məşəli-hürriyyət gətirən və ən şətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaş larımızı bizə doğru qoşduran, yolumuzda qurbanalr verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir. O əməl günəşi ki, bir Nuru da (Nuru Paşanı göstərərək)” iştə bizimlə bərabər! Yaşasın əməl yolunda canını fəda edən Türk ordu və zabitanı, yaşasın böyük Turan!”. Azərbaycan fikriylə Turan fikrini biri-birinin tamamlayıcısı kimi görən Rəsulzadə “biz məfkurəmizdə böyük Türk millətinin bir gün gəlib də bir Türk federasyonu qurmaqla bütün görmək istəriz”, – deyirdi.

Nuru Paşanı “göydən enən mələk” adlandıran Rəsulzadə bunu təsadüfi dilə gətirmirdi. Çünki xalq arasında Nuru Paşa “göydən enən mələk” kimi ad-san qazanmışdı”.

Faiq Ələkbərli bildirir ki, Nuru Paşanın göstərişi ilə 1918-ci ildə Gəncədə Hərb Məktəbi də açılmışdı ki, çox keçmədən onun da xidmətləri sayəsində Azərbaycanda 50 minlik ordu da yarandı. Yeri gəlmişkən, həm Azərbaycan türk torpaqlarının düşmən qüvvələrdən təmizlənməsində, həm də Azərbaycan ordusunun formalşamasında Nuru Paşa ilə yanaşı Mürsəl Paşanın (Baku) da mühüm xidmətləri olmuşdur.

“1918-ci il sentyabrın 23-də Tələt paşa ilə Almaniya arasında gizli protokol imzalandı. Həmin protokola əsasən, Türkiyə qoşunları Azərbaycandan çıxır, Almaniya isə Azərbaycanın istiqlalını Rusiya tərəfindən tanınmasını təmin edirdi. Lakin sonrakı vəziyyət Almaniyanı bu prosesi təmin etməsinə imkan yaratmadı. Məlum oldu ki, Almaniya, Avstriya-Macarıstan və Osmanlı dövləti ilə Bolqarıstan məğlub olmuş, hadisələrin istiqaməti dəyişmiş və Azərbaycan üçün yeni bir imtahan dövrü başlamışdı. 1918-ci il oktyabrın 30-da Lemnos adasının Mundros (Mondros) limanında imzalanan müqavilənin 11-ci maddəsində göstərilirdi ki, Türk ordusu Qafqazda və Cənubi Azərbaycanda olan ordularını geri çağırmalıdır. Bu müqaviləyə görə Cənubi Qafqaz Böyük Britaniyanın nüfuz dairəsi elan olunur və Bakıya ingilis qoşunları yeridilirdi. “Meydana gələn yeni vəziyyətlə əlaqədar olaraq Azərbaycan hökumətinin nümayəndələri İranda olan və müttəfiqləri təmsil edən ingilis generalı Tomson ilə vəziyyəti aydınlaşdırmaq üçün Ənzəlidə görüşsələr də, o, Azərbaycan adında bir hökumət tanımadığını söylədi və danışıq aparmağa razılıq vermədi. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni bir dövrün başlanğıcı oldu”.

Bu hadisədən sonra yəni Osmanlı Türk əskərlərinin Bakıya boşaldılması tələbindən sonra Nuru Paşa Qafqaz İslam Ordusu komandanı ünvanından imtina edərək 4 noyabr 1918-ci iltarixdən Azərbaycan Ordusu komandanı daşımağa başlamışdır. Beləliklə, Nuru Paşa və bir qrup Türk zabitləri Azərbaycan Cümhuriyyəti ordusunda xidmət etmək üçün bir qərar versələr də nəticəsiz qaldı. Mundoros müqavilsəinə görə bütün Osmanlı Türk əskərləri Azərbaycanı tərk etməli idilər. Bu məsələdə Türk əskərlərinə sərbəstlik verən Nuru Paşa İstanbuldan təlimata baxmayaraq Azərbaycanı bir müddət tərk etmədi. Bunun da nəticəsi olaraq Sultan Vəhdəddinin əmri ilə 1918-ci ilin noyabrın sonlarında Nuru Paşa ordudan çıxarıldı”.

“Həmin dövrdə İstanbulda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament sədri Əlimərdan bəy Topçubaş Nuru Paşanı müdafiə edən bir bəyanat verdi: “Azərbaycan Hökuməti qurulduğu zaman hərbi təşkilat və hərbi idarəetməyə sahib deyildi. Odur ki, biz məmləkətimizdə hərbi təşkilat bulunmaq üzərə Nuru Paşayı cəlb eylədik və özündən də çox mənfəətlər gördük. Nuru Paşa Azərbaycan ordusunu təşkilatlandırdı, formalaşdırdı. Hal-hazırda hökumətin 50.000 nəfərlik silahlı bir ordusu olduğunu bu vəsilə ilə söyləyə bilirəm. Nuru Paşanın bu anda Azərbaycanda olması məsəlsəinə gəlincə, sizə bu qədər söyləyim ki, bu tamamən Azərbaycan hökumətilə, azərbaycanlıların arzularından ibarət bir şeydir və Nuru Paşa Azərbaycanda qalacaqdır!”.

Çox keçmir ki, bir çox təzyiqlərdən sonra Azərbaycanda qala bilməyən Nuru Paşa ikinci Vətənini tərk edərək Osmanlıya qayıtmalı olur. Bir çox məcaralardan sonra isə o, İstanbulda həbs edilərək Batumdakı ingilis hərbi qüvvələrinə təslim edilir. Azərbaycan hökuməti Nuru Paşaya olan vəfa borcunu unutmadığı üçün onun həbsxanadan qaçmasına yardım edir. Hər halda onun 1919-cu ilin başlarında Batumdakı həbsxanadan Azərbaycan hökumətinin yardımı sayəsində qaçırılması artıq bütünləmiş bir sevginin ifadəsi idi. Nuru Paşa ingilis həbsxanasından qurtulduqdan sonra bir müddət Azərbaycanda yaşadı və bütün təzyiqlərə baxmayaraq heç bir ölkəyə təslim edilmədi”.

Faiq Ələkbərli Nuru Paşanın Azərbaycan sevdasının bununla da bitmədiyini, Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən 27 aprel 1920-ci ildə işğal olunduqdan sonra az sonra Şimal imperiyasının ağalığına qarşı başlamış milli müqavimət hərəkatına 1920-ci il iyunun əvvəllərində Bərdə, Tərtər, Ağdam, Xankənd və Şuşanı ruslardan təmizləyərək özünü “Qarabağın hakimi” elan etmiş türk generalı Nuru Paşa başçılıq etdiyini qeyd edir.  “Çox təəssüflər olsun ki, Sovet Rusiyasının 11-ci Qırmızı ordusu hücuma keçərək 1920-ci il iyunun 9-da Nuru Paşanın başçılıq etdiyi Milli Ordunun əlində olan ərazilərinin tamamını yenidən işğal etdi.

Bu hadisədən sonra Nuru Paşa əmrindəki Azərbaycan alayı ilə birlikdə Xudafərin körpüsü ilə Güney Azərbaycana keçərək oradan da Ərzuruma-Türkiyəyə qayıtmalı oldu. O, burada “İş Ocağı” quraraq Azərbaycanı Sovet Rusiyası işğalından qurtarmaq üçün müxtəlif planlar çızmışdı. Bundan sonra Nuru Paşanın əsas fəaliyyəti Türkiyə ilə bağlı olmuş bir çox sənaye, ticarət və silah fabrikalarını yaratmışdır. Türkiyənin ilk sənaye silah fabrikasının qurucusu olan Nuru Paşa, 1949-cü ilin 2 martında İstanbuldakı silah fabrikasının partlaması nəticəsində həlak olmuşdur”.

BIR CAVAB BURAXIN